Nar Mobile –dan futbolsevərlər üçün “EURO 2012” həyacanı
İQTİSADİYYAT
18:10 08.06.2012
2559
Mobil operator “EURO 2012” Avropa Çempionatı oyunlarının nəticələri haqda abunəçilərini SMS ilə xəbərdar edəcəkNar Mobile öz abunəçilərini yenidən sevindirir. Şirkətdən AZXEBER.COM-a verilən məlumatına görə, şirkət qarşıdan gələn “EURO 2012” futbol üzrə Avropa Çempionatı çərçivəsində keçiriləcək bütün oyunların nəticələri haqda abunəçilərini oyunlar bitdikdən dərhal sonra məlumatlandıracaq. Belə ki, futbolsevərlər adıçəkilən xidməti aktivləşdirdikdən sonra oyunların nəticələri haqda hər oyun bitdikdən 3 dəqiqə sonra SMS vasitəsilə xəbərdar olunacaqlar. Xidməti aktivləşdirmək üçün ON EURO yazıb 2012 nömrəsinə SMS göndərmək lazımdır.