«Nar Mobile» müştərilərini aldadır

«Nar Mobile» müştərilərini aldadır
Bütün Xəbərlər
12:20 10.10.2011
4599
Mobil operatorun reklamları yalan üstündə qurulub
 Bu günlərdə Vergilər Nazirliyi endirimlə geniş reklam kampaniyaları aparan məşhur dükanlara reydlər keçirməklə bir çox faktların üstünü açdı. Bəlli oldu ki, bu reklamların arxasında doğrudan da endirim dayanmır, əksinə, kampaniya müştəriləri cəlb etmək üçün düşünülmüş yalandır.
Vergilər Nazirliyi bu barədə ölkə vətəndaşlarına xəbərdarlıq etməklə bərabər, həmin mağaza sahiblərini də cərimələdi. Yalnız bu faktdan sonra bilindi ki, yalançı reklam kampaniyaları ilə müştəriləri aldatmaq qanunla qadağan olunur və inzibati məsuliyyət yaradır.
Təəssüf ki, bu qanun ölkənin bir sıra iri şirkətlərinə şamil olunmur. Belələri istədikləri vaxt yalançı reklam kampaniyaları apara, müştəriləri aldada, hətta reklam haqqında qanunu da poza bilirlər.
 «Nar Mobile» reklam haqqında qanunu pozur
 Hazırda «Nar Mobile»nin belə bir reklam lövhələrini müşahidə etmək olur: «0-40 abunəçisiniz? Elə isə Nara gəlin!»
«0-40» keçmiş «Katel» operatorunun kodudur. Bu operatorun Milli Təhlükəsizlik nazirinin keçmiş birinci müavini, hazırda Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəis müavini olan Əli Nağıyevə aid olduğu bildirilir. Bu şirkət sıradan çıxarıldıqdan və aktivləri dondurulduqdan sonra hazırda onun müştərilərinə sahib olmaq uğrunda mobil operatorlar arasında mübarizə gedir. Ancaq hələlik heç bir operator şirkəti bu cür açıqlığı ilə reklam yazmağı və reklam haqqında qanunu pozmağı nəzərdən keçirməsə də, «Nar Mobile» buna getməkdə israrlı görünür. Əlavə edək ki, «Katel» rəsmən ləğv olunmayıb və onun fəaliyyətini müvəqqəti dayandırdığı barədə rəsmi məlumat yayılıb. Hətta şirkətin yenidən xidmət göstərəcəyi də rəsmi məlumatlar sırasındadır. Belə olan təqdirdə «Nar Mobile»nin bu cür reklam lövhəsindən istifadə etməsi sərbəst bazar rəqabətinin və reklam haqqında qanunun kobud surətdə pozulmasından başqa bir şey deyil.
 «Nar Mobile» müştərilərini necə aldatdı?
 Bir müddət öncə «Azercell» mobil operatoru müvəqqəti bir kampaniya başladığını və ən azı 10 manatlıq danışıq kartı yükləyən hər bir obonentinin güzəştli taariflə danışmaq imkanında olacağını bəyan etmişdi.
«Azərcell» şirkətinin bu kampaniyaya başlamasından dərhal sonra «Nar Mobile» də müştərilərini sevindirdi və «Bomba10», «Bomba15»ə start verdi: 10 manatlıq danışıq kartı yükləyən hər bir obonentə 600 dəqiqə şəbəkədaxili, 300 dəqiqə hər tərəfə danışıq imkanı yaradırdı, 15 manatlıq kart yükləyən isə paralel olaraq 900 və 500 dəqiqə qazanırdı.
Ancaq «Azərcell»dən fərqli olaraq, «Nar Mobile» bunu hansısa məhdud kampaniya çərçivəsində etmədiyini və daimi olduğunu bəyanlamışdı. Bütün reklam çarxlarında «bu, kampaniya deyil» vədi xüsusi vurğuyla keçirdi.
Ancaq qısa sürədən sonra bəlli oldu ki, «Nar Mobile» bu addımı məhdudl kampaniya çərçivəsində atıb. Belə ki, «Azərcell»in ardınca «Nar Mobile» də kampaniyanı dayandırdı və müştərilərini aldatmasıyla bağlı heç bir üzrxahlığa da ehtiyac görmədi.
 
«Nar Mobile»nin «hər tərəfə 5 qəpik» kampaniyası
 Uzun müddətdir müştərilərinin ixtiyarına verilən və abonentlərin isti yanaşdığı xidmətlərdən biri də «Nar Mobile»nin «hər tərəfə 5 qəpik» kampaniyasıdır. Bir müddət reklam çarxları ilə müşayiət olunan kampaniya doğru-dürüst aparılsa da, az keçməmiş «ilk dəqiqə» gündəmə girdi. Bəlli oldu ki, şirkət artıq bu kampaniyanın təmayülünü dəyişib, «hər tərəfə 5 qəpik» kampaniyasına artıq ilk dəqiqə daxil deyil. Belə ki, ilk dəqiqədə neçə saniya danışmağından asılı olmayaraq, «Nar Mobile» abonentdən 5 qəpik tutmağa başlayıb.
Bu dəyişikliklə bağlı da mobil operator müştərilərinə heç bir izahat və möhlət vermədi. «Nar Mobile» abunəçiləri qəflətən baş verən bu dəyişiklikdən yalnız müştəri xidmətlərinə zəng vurmaqla məlumatlandırıldılar. Halbuki reklam çarxları davam edirdi və həmin çarxlarda belə bir dəyişikliyin baş verməsiylə bağlı heç bir qeyd verilməmişdi.
Göründüyü kimi, «Nar Mobile» reklam haqqında qanunu pozur, müştərilərini isə aldadır. Ancaq nədənsə Vergilər Nazirliyi müştəriləri aldadan dükan sahibləri ilə hüquq dilində danışa bilsə də, «Nar Mobile»yə qanunları xatırlatmağı məsləhət görmürlər.
Mövzunu davam etdirməyə və Vergilər Nazirliyinin münasibətini öyrənməyə çalışacağıq. /// Xural qəzeti
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
21:45 13.03.2025
ABŞ Maliyyə Nazirliyi zərurət halında Rusiyaya qarşı sanksiyaları gücləndirməyə hazırdır
Ağstafada 8 nəfər dönərdən zəhərlənib
21:32 13.03.2025
Ağstafada 8 nəfər dönərdən zəhərlənib