Nar Mobile ‘Onlayn medianın inkişafına dəstək’ layihəsinə start verir

Nar Mobile ‘Onlayn medianın inkişafına dəstək’ layihəsinə start verir
İQTİSADİYYAT
11:59 11.09.2013
1684

Nar Mobile onlayn media sahəsində çalışanların peşəkarlığının artırılması məqsədilə təlimlər təşkil etməyi və müsabiqə keçirməyi planlaşdırır

Hər zaman KİV nümayəndələri ilə ünsiyyətə böyük önəm verən və jurnalistlərin bilavasitə iştirak etdikləri müxtəlif tədbirlərə öz dəstəyini əsirgəməyən Nar Mobile mobil operatoru Multimedia İnformasiya Mərkəzi ilə birlikdə “İnformasiya cəmiyyətinin jurnalisti” proqramı çərçivəsində “Onlayn medianın inkişafına dəstək” layihəsinə start verib.

Layihənin əsas məqsədi ölkədə onlayn media infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində çalışan kadrların peşakarlığının artırılmasına yardım etmək və informasiya axınını keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdan ibarətdir.

İnternet və mobil texnologiyaların gündəlik həyatımıza təsirinin əhəmiyyətini yaxşı dərk edən Nar Mobile bu sahədə, eləcə də informasiya cəmiyyətinin quruculuğu və elektron hökumət məsələləri ilə bağlı sistemli şəkildə yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsinə nail olmaq üçün onlayn media sahəsində çalışanların peşəkarlığının artırılmasına xüsusi önəm verir.

Layihə çərçivəsində İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyilə həftəlik təlimlərin təşkil edilməsi və Onlayn media müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Onlayn media müsabiqəsinin qaliblərinə və Twitter mikrobloqunda keçiriləcək “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim ediləcəkdir.

Nar Mobile və Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən layihə Rabitə və informasiya texnologiyaları nazirliyinin dəstəyi ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU