Nar Mobile təhsil müsabiqələrinə dəstək verməyə davam edir

Nar Mobile təhsil müsabiqələrinə dəstək verməyə davam edir
İQTİSADİYYAT
18:30 14.08.2013
1741

Təhsil nazirliyi tərəfindən keçirilən “Elektron təhsil” müsabiqəsində fərqlənənlərə hədiyyələr verilib.

Təhsil sahəsinə böyük əhəmiyyət verən Nar Mobile mobil operatoru müxtəlif təhsil müsabiqələrinə dəstək verməyə davam edir. Bir müddət öncə Azərbaycan Respublikası Təhsil nazirliyinin təşkilatçılığı ilə keçirilən “1 şagird - 1 kompüter” müsabiqəsinə dəstək olan Nar Mobile ənənəvi “Elektron təhsil” müsabiqəsinə də öz töhfəsini verib. Qeyd edək ki, “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” bu il keçirilən müsabiqənin əsas mövzuları olub.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalarından tədris prosesində istifadəni təşviq etmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni üsullarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

Müsabiqədə tədris müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış pedaqoqlar, şagirdlər və valideynlərlə yanaşı, eləcə də pedaqoji ali təhsil müəssisələrinin tələbələri və doktorantlar da iştirak etmək hüququna malik idilər.

“1 şagird - 1 kompüter” müsabiqəsinin 9 nəfər qalibini müxtəlif hədiyyələrlə təltif edən Nar Mobile “Elektron təhsil” müsabiqəsində fərqlənən 24 iştirakçını da dəyərli hədiyyələrlə mükafatlandırmışdır.

Xatırladaq ki, ölkədə təhsilin inkişafına dəstək siyasəti çərçivəsində keçirilən müxtəlif sosial aksiyalarda aktiv iştirak edən Nar Mobile bu kimi təşəbbüslərə hər zaman dəstək verir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU