Nardaranda barrikadalar qurulur - FOTOLAR

Nardaranda barrikadalar qurulur -  FOTOLAR
Bütün Xəbərlər
16:07 26.11.2015
5725
Nardaranda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Nardaran sakinləri "İmam Hüseyn" meydanına toplaşıblar. Onlar özləri ilə daşlar, dəmirlər parcaları gətiriblər.
AZXEBER.COM  xəbər verir ki, Nardaran sakinlərindən birinin Bizimyol.info-ya dediklərinə görə, evdə dəmir səsindən oturmaq olmur. Qadınlar əllərinə aldıqları "lom"larla qaz borularını döyəcləyirlər.
Qeyd edək ki, Bu gün saat 13:00 radələrində Bakıda xüsusi əməliyyat keçirilib.
Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
OXŞAR XƏBƏRLƏR