Braziliyada 60 yaxın polis korrupsiya və narkoticarətlə əlaqədə olduğu üçün həbs edilib.Narkotik maddələrin tədarükçüləri də tutulub.Mənbənin bildirdiyinə əsasən, polislər Rio-de-Janeyrodakı ən iri cinayətkar qrupun, «Qırmızı komanda»nın iştirakçılarını həbs edib. Həbs olunan polislər cinayətkar dəstəyə silah satır, rüşvət verməyənlərə hədə-qorxu gəlib, pul alırmış.Bu sayaq reydlərin keçirilməsinə səbəb Rio-de-Janeyronu iki böyük idman tədbirinə – 2014-cü il futbo üzrə dünya çempionatı və 2016-cı il yay olimpiada oyunlarınadək cinayətkarlardan təmizləməkdir.