Məşhur aktyor Natiq Fərzəliyevin 50 illik yubileyi və 30 illik yaradıcılıq fəaliyyəti qeyd ediləcək.
AZXEBER.COMa verilən məlumata əsasən ,1 fevral 18:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində aktyor Natiq Fərzəliyevin 50 illik yubileyi və 30 illik yaradıcılıq fəaliyyəti qeyd ediləcək. Gecədə incəsənət və mədəniyyət xadimləri iştirak edəcək. Tamaşaçılara Samir Sədaqətoğlunun "Yerə-göyə sığmayan" tragikomediyasından aktyorun oynadığı parça göstəriləcək.Giriş pulsuzdur.
Gülnarə Bayramova