NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
DÜNYA
15:20 10.10.2026
187
NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib.

Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

"Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır. Belə bir təhlükə ilə bağlı yayılan məlumatlar reallığı əks etdirməyən ssenariyə əsaslanır", - deyə sədr vurğulayıb.

Hərbi rəsmisinin sözlərinə görə, alyans münaqişəyə can atmır, lakin aqressiya halında effektiv çəkindirmə və çevik cavab tədbirləri üçün kifayət qədər silah ehtiyatına və gücə malikdir. O əlavə edib ki, şərq cinahında vəziyyət "ciddi olsa da, nəzarət altındadır".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında bildirmişdi ki, əgər Rusiyaya, xüsusən də Kalininqrada birbaşa hücum olarsa, "Rusiya Federasiyasının sərəncamında olan bütün silahların tətbiqi məsələsi dərhal və qaçılmaz olaraq gündəmə gələcək". Onun sözlərinə görə, "bu, qaçılmazdır".
 
//oxu.az
OXŞAR XƏBƏRLƏR