NATO səlahiyyətlisinin verdiyi məlumatda bu gün Liviyadakı hədəflərin vertolyotlarla vurulduğu açıqlanıb. AZXEBER.com-un məlumatına görə, hədəflərin harada olduğu ilə bağlı məlumat verilməyib. Vurulan hədəflər arasında hərbi vasitələr, silah-sursat yer alır.
Hücumların İngilis “HMS Ocean” gəmisindən qalxan “Apache” vertolyotları tərəfindən Liviyanın Brega şəhərində reallaşdırıldığı bildirilir.