"NATO-nun Ermənistan ordusuna verdiyi dəstək mühümdür" - Koçaryan

"NATO-nun Ermənistan ordusuna verdiyi dəstək mühümdür" - Koçaryan
SİYASƏT
13:37 22.09.2025
281
"NATO-nun Ermənistan ordusunda islahatlara verdiyi dəstək yüksək qiymətləndirilir”.
 
AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikirləri İrəvanda NATO PA-nın "Rouse-Roth” seminarında jurnalistlərə açıqlaması zamanı Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan bildirib.
 
O deyib ki, ordunun maliyyələşdirilməsi azaldılmayacaq, müvafiq göstəricilər büdcədə nəzərdə tutulub. O hərbi sənaye, demokratik islahatlar və digər sahələrdəki təşəbbüslər üçün atılan addımların dayandırılmamalı olduğunu qeyd edib. 
 
"Təhlükəsizlik mühitinə güc verən layihələr yarımçıq qala bilməz, ordunun ehtiyacları üçün ayrılan vəsait də azaldıla bilməz”- deyə Koçaryan vurğulayıb.
 
Şahanə Ziyad
 
OXŞAR XƏBƏRLƏR