NATO: "Qəddafinin öldürülməsi bizim missiyaya daxil deyil"
Bütün Xəbərlər
11:25 06.09.2011
1373
NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə keçirilən mətbuat konfransında NATO hava qüvvələrinin Liviyada əməliyyatları davam etdirəcəyini bir daha vurğulayıb. Bu barədə Associated Press xəbər verib. Mülki vətəndaş itkilərinin minimuma çatdırıldığını deyən Rasmussen, bu vaxta qədər belə dəqiq hava əməliyyatlarının keçirilmədiyini bildirib.Çıxışı zamanı Rasmussen həmçinin Qəddafinin öldürülməsinin NATO qüvvələrinin missiyasına daxil olmadığını qeyd edib.“Qəddafi daxil olmaqla, ayrı-ayrı fərdlər bizim Liviya əməliyyatlarımızın hədəfləri deyil. Bizim Liviyadakı hədəfimiz dinc sakinləri istənilən hücumdan qorumaqdır. Təəssüf ki, Qəddafi qüvvələri hələ də Liviya vətəndaşları üçün təhlükə yaratmaqdadır. Bu səbəbdən də biz, bu təhlükə tam aradan qalxana kimi, əməliyyatları davam etdirəcəyik”, NATO baş katibi Anders Foq Rasmussen belə deyib.Rasmussen hava əməliyyatlarının dayandırılmasının dəqiq tarixi barədə açıqlama verməyib.Qeyd edək ki, NATO hava qüvvələrinin mart ayından bu günə kimi Liviya əməliyyatları çərçivəsində 8 minə yaxın hava zərbəsi endirdiyi deyilir.