NATO avqustun 20-də üzv ölkələrin ordularının qərargah rəislərinin Ukrayna ilə bağlı görüşünün keçiriləcəyini təsdiqləyib.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
"NATO-nu üzv ölkələrinin qərargah rəisləri avqustun 20-də videokonfrans vasitəsilə Ukrayna ilə bağlı görüş keçirəcək", - məlumatda deyilir.
Məsləhətləşmələrdə ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) sədri Den Keynin də iştirakı gözlənilir.