Naxçıvanda köhnə maşınları şəhərdən yığışdırırlar

Naxçıvanda köhnə maşınları şəhərdən yığışdırırlar
Bütün Xəbərlər
11:09 16.07.2014
1560

Naxçıvanda istehsal ili 1985-ci ilə qədər köhnə yük və minik avtomobillərinin əhalidən məcburi yığılmasına başlanılıb. 

AZXEBER.COM-un Marja-ya istinadən verdiyi xəbərə görə, istinadən yaydığı məlumata görə, bu prosesə bir neçə gündür ki, yol polislərinin iştirakı ilə start verilib. Yerli sakinlər bildirib ki, texnikanın sazlıq dərəcəsi nəzərə alınmadan, hər  avtomobilə 160 manat təklif olunur.

Yol polisi: "Avtomobillər könüllü yığılır"

Məsələ ilə bağlı fins.az-a açıqlama verən Naxçıvan Muxtar Respublikasının Dövlət Yol Polisinin mətbuat xidmətinin baş inspektoru Əyyub Babayev avtomobillərin  könüllü yığıldığını bildirib. Onun sözlərinə görə, bu işə 2012-ci ildən başlanılıb. Əsasən istehsal tarixi 1985-ci ilə qədər olan, həyətlərdə saxlanılıb-istifadə edilməyən “QAZ 21”, “QAZ 53”, “Moskviç”,  “VAZ 21011” markalı avtomobillər, müxtəlif  köhnə avtobuslar , motosikllər və təmirə yararsız maşınlar yığılır. Hər avtomobilə görə 200 manat pul ödənilir: “Bütün avtomobillərə görə qiymət eynidir. Bəzən vətəndaşlar özləri gətirib köhnə maşınları bizə təhvil verirlər.  Təmirə yararlı olduğu halda  maşının istismarına icazə veririk.”

“Məqsəd ekologiyanı qorumaqdır”

Əyyub Babayev qeyd edib ki, yığılan avtomobillərin əridilib yenidən istifadəsi o qədər də sərfəli deyil. Köhnə maşınların yığılmasında əsas məqsəd ekologiyanın qorunması və insanların yollardakı təhlükəsizliyini təmin etməkdir: “Köhnə maşınların qəza törətmək, həyata və  sağlamlığa xətər yetirmək riski daha böyükdür. Bir də gördün getdiyi yerdə maşının təkəri qırıldı və yaxud digər bir hadisə oldu. Çox zaman belə qəzalar ölümlə nəticələnir”.

“Naz-Lifan” üçün ehtiyat hissələri hazırlanacaq

Əhalidən yığılan avtomobillərin əridilərək Naxçıvan Avtomobil Zavodunda  (NAZ) ehtiyat hissələrinin hazırlanmasında istifadə olunacağı bildirilir. Xatırladaq ki, bir qədər əvvəl zavod bəzi ehtiyat hissələrinin Azərbaycanda istehsal olunması ilə bağlı planlarının olduğunu açıqlamışdı.

NAZ-dan isə bu məlumatı, yəni köhnə avtomobillərin ehtiyat hissələrinin əridilərək zavodda istifadə olunacağını təkzib ediblər: "Bizdə istehsal olunan avtomobillərin bütün ehtiyat hissələri Çindən gətirilir".

 

OXŞAR XƏBƏRLƏR