Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var

Naxçıvanda zəncirvari qəza olub, xəsarət alan var
HADİSƏ
14:45 09.11.2026
71

Naxçıvan şəhərində zəncirvarı qəza olub. 

AZXEBER.COM xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində baş verib.

Qəza zamanı "Mercedes", "Nissan" və "Lifan" markalı avtomobillər toqquşub.

Nəticədə 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /telegraf

OXŞAR XƏBƏRLƏR