Nazilə Səfərli yeni mövsümdə bu verilişi aparacaq

MAQAZİN
14:19 15.09.2020
1163

Hər zaman orijinallığı ilə seçilən ARB TV yeni mövsümdə də fərqliliyini nümayiş etdirəcək.

 

AZXEBER.COM xəbər verir ki, kanalın bu mövsümdəki yeniliklərindən biri də "Bazardüzü” proqramıdır.

Adından da bəlli olduğu kimi "Bazardüzü”ndə, müzakirə edilən mövzu və qalmaqalların həm "duz”, həm də "düz” tərəfini görəcəksiniz.

Nazilə Səfərli və Şamil Famillinin təqdimatında yayımlanacaq proqramda tanınmış ekspertlərin, estrada ifaçılarının, aktyorların, incəsənət xadimlərinin və yaradıcılıqla məşğul olan insanların iştirakı ilə gündəmdə və diqqətdə olan mövzular müzakirə ediləcək.


Maraqlı və dinamik tərzdə olacaq "Bazardüzü” proqramı 27 sentyabrdan etibarən mavi ekranlarınıza rəng qatacaq.

OXŞAR XƏBƏRLƏR