Nazim İbrahimov Bodrumda dincəlir - Türkiyə mətbuatı
Bütün Xəbərlər
13:29 26.07.2012
1811
Komitə sədrinin dəbdəbəli istirahəti Türkiyə mediasının diqqətini çəkibDiasporlarla iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov ailəsi ilə birlikdə Türkiyədə istirahətdədir. Bu barədə Türkiyədəki “haberler.com” xəbər portalı məlumat yayıb. Saytın yazdığına görə, Nazim İbrahimov, həyat yoldaşı və qızları ilə birlikdə istirahət üçün gəldikləri Muğlanın Bodrum şəhərində küçələrdə gəzib, restoranda yemək yeyiblər.“Haberler.com” bildirir ki, İbrahimov türkiyəli iş adamı Serhat Ilıcaq və tarixçi Ənvər Altaylının qonağı olaraq Bodruma gəlib. Komitə sədri Bodrumun Gündoğan adlanan ərazisində xüsusi hazırlanmış dəbədəbəli bir villada yerləşib. Sayt yazır ki, küçələri gəzən komitə sədri və ailəsi daha sonra Türkiyə və Azərbaycan bayraqlarıyla bəzədilmiş bir restoranda nahar edib. İbrahimov və ailəsinin Bodrumda 10 gün istirahət edəcəyi deyilir.