Nazir beş nəfəri işdən qovdu

Nazir beş nəfəri işdən qovdu
Bütün Xəbərlər
17:47 20.04.2012
1362
Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı olaraq, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavirə keçirilib. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, müşavirə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi ilə keçirilib.Bildirilib ki, cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmzinin Bilgəh Müharibə və Əmək Əlilləri ğzğn Pansionatda (Qocalar evi) əsaslı təmir işləri ilə yanaşı, pansionat üçün yeni 170 nəfərlik 5 mərtəbəli korpusun inşasına başlanılıb.Saray və Şağandakı internat evlərində nümunəvi şərait yaradılıb. Hazırda Buzovnadakı 9 saylı İnternat Evində əsaslı təmir işləri artıq yekunlaşmaq üzrədir. Ramana Gənc Əlillərin Əmək və İstirahət Evində təmir və yenidənqurma işləri davam edir. Yaxın günlərdə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əsaslı təmirinə başlanılacaq. Penitensiar müəssisələrdə cəza zəkməkdən azad edilmişlər ğzğn Sosial Adaptasiya Mərkəzinin, Çernobıl Əlilləri üçün İxtisaslaşmış Rebilitasiya Mərkəzinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inşası, nazirliyin tabeliyindəki bərpa-müalicə və sosial xidmət müəssisələrinin əsaslı təmiri ğzğn texniki sənədlər hazırlanır.Əlil və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. 1997-ci ildən indiyə qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Hazırda həmin kateqoriyadan olanlar üçün Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Nərimanov rayonunda isə Gözdən əlillər ğzğn 12 mərtəbəli 132 mənzilli yaşayış binaları inşa olunur. Yaxın günlərdə ayrı-ayrı rayonlarda 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli, 1 ədəd 12 mərtəbəli 96 mənzilli yaşayış evinin tikintisinə başlanılacaq.Nazirlər Kabinetinin qərarına əsasən “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” təsdiq edilib. Siyahıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstəriləcək elektron xidmət sahələri də müəyyən olunub. Nazirliyin rəsmi internet informasiya resursu üzərindən 11 növ üzrə elektron xidmətin tam tətbiqi üçün texniki hazırlıq işləri artıq başa çatmaq üzrədir.“Ünvanlı Sosial Yardımın alınması üçün e-müraciət”, “Dövlət Məşğulluq Xidməti vasitəsilə iş axtarışı”, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” xidmət bölmələri artıq fəaliyyət göstərir. Bununla yanaşı, 2011-ci ilin avqustundan 1 aprel 2012-ci il tarixədək “e-müraciət” xidməti vasitəsilə vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə əlaqədar ümumilikdə 1003 müraciəti qəbul edilərək aidiyyatı şöbələr tərəfindən baxılıb və cavablandırılıb.Nazirlikdə yaradılan VS (videokonfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulu təşkil olunur. Hazırda Gəncə, Güyzay və Qusarda mövcud olan bu sistemin gələcəkdə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur. Müşavirə zamanı nazirlik tərəfindən əhaliyə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin tətbiqi ilə bağlı texniki məsələlər müzakirə olunub.Nazir F. Ələkbərov elektron xidmətlərin tətbiqi işlərinin qısa bir müddətdə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib. Qeyd olunub ki, elektron xidmətlərin tətbiqi həyata kezirilən sosial müdafiə tədbirlərində şəffaflığın təmin olunmasına, dövlət qayğısının aztəminatlı vətəndaşlara çatdırılmasında məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və rüşvətxorluğa şərait yaradan halların institusional səviyyədə aradan qaldırılmasına, əhaliyə xidmətin müasirləşdirilməsi və dövlət xidmətlərindən istifadə mexanizminin vətəndaşlar üçün daha rahat və sadə şəkildə qurulmasına, nazirlik tərəfindən xidmət göstərilən 1,5 milyona qədər əhali kontingenti ilə daimi qarşılıqlı ünsiyyətin daha zevik və opertaiv qurulmasına öz müsbət təsirini göstərəcək.Tədbirdə cari ilin birinci rübündə ölkəmizdə əldə olunan inkişaf göstəriciləri qeyd olunmaqla bildirilib ki, bu gün artıq 43 milyard dollardan çox strateli valyuta ehtiyatlarına malik olan Azərbaycanda sosial proqramlar da uğurla icra edilməkdədir. 2012-ci ilin birinci rübünün yekununa əsasən, 566 472 nəfər ailə üzvünü əhatə edən 127 234 ailə yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir.Müşavirədə nazir F. Ələkbərov görülən işlərdə səmərəli və effektli, müasir yanaşmaya əsaslanan iş üsullarından istifadəyə daha geniş yer verilməsi, yeni inşa olunan sosial müəssisələrdə kadr potensialının formalaşdırılması üçün müvafiq işlərin yerinə yetirilməsi, fəaliyyətini dövlətin sosial siyasətinə uyğun qurmayan əməkdaşlar barədə ciddi tədbirlərin görülməsi və s. ilə bağlı tapşırıqlar verib.Həmçinin Mingəçevir şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin direktorunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmaqla mərkəzin fəaliyyətinin araşdırılması, 4 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətçilərinin işdən azad olunması, 13 rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzinin baş məsləhətzilərinə töhmət verilməsi barədə əmr verilib.
OXŞAR XƏBƏRLƏR