Nazir Əli Abbasov Bakı Ali Neft Məktəbində - FOTOLAR

Nazir Əli Abbasov Bakı Ali Neft Məktəbində -  FOTOLAR
Bütün Xəbərlər
18:51 19.02.2013
1757

Əli Abbasov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüb

Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüşüb. Akademik Əli Abbasovu BANM-də görməkdən məmnunluğunu bildirən ali məktəbin rektoru E.Qasımov qonağı bu günlərdə tarixi hadisəyə çevrilmiş Azərbaycanın ilk “Azerispace-1” telekommunikasiya peykinin orbitə buraxılması və Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə xalqımız üçün olduqca önəmli olan yeni İnformasiya Texnologiyaları Universitetinin yaradılması münasibəti ilə təbrik edib. Öz növbəsində nazir vurğulayıb ki, Azərbaycanın ilk peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayenin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı kommersiya xarakterli, gəlirli bir layihədir. Tədbirin sonunda BANM-in rektoru nazir Ə.Abbasova BANM-in “Fəxri Qonağı” diplomunu təqdim edib.

OXŞAR XƏBƏRLƏR