Nazir: Gələn il pensiyalar yenidən artırılacaq

Nazir: Gələn il pensiyalar yenidən artırılacaq
TOP4
10:40 17.10.2019
7007
"İindeksasiya nəticəsində gələn ildən etibarən ölkədə əmək pensiyaları bir daha artırılacaq və bu artımın nəticəsi olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza ödənilməsi planlaşdırılır".

AZXEBER.COM xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.

O bildirib ki, 114 milyon manat məcburi sosial sığorta haqları hesabına verilən müavinətlər qismində vətəndaşlara ödəniləcək.

Nazir qeyd edib ki, dövlət büdcəsinin öhdəlikləri bu il də balanslaşdırılmış büdcə modeli üzərində qurulduğundan transfertin həcmi ciddi şəkildə azalıb:

"Ötən il əhaliyə ödənişlər 1,1 milyard manat artdığı təqdirdə, transfertə cəmi 89 milyon manat ayrılıb.

Bu da onu göstərir ki, 1 milyard manatdan artıq vəsait məhz Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artması hesabına qarşılanıb və büdcə üçün əlavə bir yük yaratmayıb".

Nazir deyib ki, hazırlanan proqnozlar əsasında gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artımına və orta aylıq pensiya məbləğinin 293 manata çatdırılması planlaşdırılır:

"Aparılan optimallaşma, eyni zamanda, əsassız əldə edilən pensiyaların ləğvi nəticəsində artıq cari ilin 9 ayı ərzində 99 milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində də bu məbləğ daha da artacaq və əmək pensiyalarının davamlı şəkildə artımı təmin ediləcək".

S.Babayev minimum əmək pensiyasının 200 manata çatdırıldığını, bununla da ölkəmizin MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə olduğunu bildirdi.

Nazir qeyd edib ki, orta aylıq pensiya alıcılıq qabiliyyətində də ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
09:52 13.11.2026
Bakıda bəzi ərazilərdə qaz olmayacaq
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
09:49 13.11.2026
IMF: Azərbaycan, Qazaxıstan və Türkmənistan geosiyasi çağırışlar fonunda fayda əldə edəcək
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
09:45 13.11.2026
Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
09:33 13.11.2026
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
09:22 13.11.2026
Səfir: Britaniya-Azərbaycan münasibətləri strateji tərəfdaşlığın elanı ilə daha da möhkəmlənib
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
09:10 13.11.2026
MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
09:02 13.11.2026
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
08:55 13.11.2026
İranda müharibənin səbəb olduğu neft sızması Fars körfəzinin dəniz canlılarını təhlükə altına salır
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
08:48 13.11.2026
Məşhur bloqer oğurlanan superkarını internetdə yayılan videoda küçədə "drift" edərkən gördü
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
08:36 13.11.2026
"SpaceX" və "Tesla" dekabrda birləşə bilər
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
08:31 13.11.2026
İraq və Azərbaycan Türkiyə üzərindən qaz tədarükünü müzakirə ediblər
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
08:24 13.11.2026
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
08:20 13.11.2026
SEPAH ABŞ-ın Bəhreyndəki radar sistemini məhv etdiyini açıqlayıb
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
08:06 13.11.2026
Qrup lideri səfərdə: Millimiz Lixtenşteynə qarşı
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
08:04 13.11.2026
Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi
07:55 13.11.2026
İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi