Nazir müavini ətin qiymətindən danışdı

Nazir müavini ətin qiymətindən danışdı
SOSİAL
13:01 04.06.2026
206
Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsi istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.

Bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.

"Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük", - deyə Zaur Əliyev qeyd edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%-i, qoyun ətinə tələbatının 94,2%-i, quş ətinə tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir.
OXŞAR XƏBƏRLƏR