Yeni mənzil axtaranlara şad xəbər!
"Kristal”ın çox sevilən və tələb görən "Park Yasamal” yaşayış kompleksində yeni mənzillər satışa çıxarılıb. Layihə çərçivəsində həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və planlaşdırmaya malik mənzil seçimləri təqdim olunur.
Kompleksdə
alıcılar üçün 2, 3 və 4 otaqlı və studiya mənzil variantları mövcuddur.
Mənzillərin planlaşdırılması zamanı yaşayış sahələrinin funksional istifadəsinə
xüsusi diqqət yetirilib ki, bu da sakinlərə hər kvadratmetrdən daha səmərəli
yararlanmağa imkan verir. Tam təmirli formada təhvil verilən bu mənzillər 20
ilədək ipoteka, daxili kredit və faizsiz hissəli alış imkanları ilə alıcılara
təklif olunur.
"Park
Yasamal” yaşayış kompleksi Yasamal rayonunda, 3 saylı Bakı ASAN Xidmətmərkəzinin yaxınlığında yerləşir. Layihənin yerləşdiyi ərazi şəhərin əsas
istiqamətlərinə rahat çıxış imkanları ilə seçilir və gələcək inkişaf
perspektivləri ilə diqqət çəkir.
Kompleksdə təqdim olunan mənzillər tam təmirli şəkildə təhvil verilir. Təmir işlərində Avropa istehsalı olan yüksək keyfiyyətli materiallardan istifadə olunur. Layihənin tikintisində müasir mühəndislik həlləri, yüksək keyfiyyətli beton və qabaqcıl qəlib sistemləri tətbiq edilir. Hazırda layihədə hazır və tikintisi davam edən, 41 kv.m-dən 120 kv.m-dək müxtəlif zövqə və büdcələrə uyğun planlanmış mənzil seçimləri mövcuddur.
Kompleksdə
sakinlərin rahatlığını artırmaq məqsədilə səs və istilik izolyasiyası həllərinə
geniş yer verilib. Fasad və pəncərə sistemlərində tətbiq olunan izolyasiya
texnologiyaları xarici səs-küyün minimuma endirilməsinə kömək edir.
Mənzillərarası döşəmə və divar konstruksiyalarında istifadə edilən xüsusi
izolyasiya materialları isə həm istilik itkisinin qarşısını alır, həm də əlavə
komfort yaradır.
Layihənin üstünlüklərindən biri də geniş abadlaşdırılmış ərazisidir. Kompleks daxilində yaşıllıq zonaları, göl ətrafında istirahət məkanları, futbol meydançası, uşaqlar üçün oyun sahələri və özəl uşaq bağçası nəzərdə tutulub. Ərazidə 24/7 kamera nəzarət sistemi və geniş avtodayanacaq sakinlərin təhlükəsizliyini və rahatlığını təmin edir.
Layihə haqqında ətraflı məlumat almaq üçün satış ofisinə müraciət edə və ya *1544 nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı
məlumat: *1544
Ünvan:Yasamal
rayonu, Kamil Rəhimli küçəsi











































