Nazir Müşfiq Əmirovu təltif etdi

Nazir Müşfiq Əmirovu təltif etdi
MEDİA
14:09 26.07.2013
1560

“Fəxri fərman” sahibinə bu gün nazirlikdə keçirilən kollegiya iclasında təqdim edilib.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun əmrinə əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının məsləhətçisi, Mətbuat Xidmətinin rəhbəri Müşfiq Əmirov “Fəxri fərman”la təltif edilib.

M.Əmirov 22 iyul – Milli Mətbuatın yaranmasının 138 illiyi münasibəti ilə səmərəli fəaliyyətinə görə təltif olunub. “Fəxri fərman” sahibinə bu gün nazirlikdə keçirilən kollegiya iclasında təqdim edilib.

Məlumat üçün bildirək ki, M.Əmirov, eyni zamanda, nazirliyin rəsmi orqanı olan “Rabitə dünyası” qəzetinin və “ICTnews.az” elektron xəbər xidmətinin baş redaktorudur.

OXŞAR XƏBƏRLƏR