Nazir Rusiya Dövlət Kitabxanasının baş direktorunu qəbul etdi

Nazir Rusiya Dövlət Kitabxanasının baş direktorunu qəbul etdi
MƏDƏNİYYƏT
13:12 16.02.2012
2260

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiya Dövlət Kitabxanasının baş direktoru Aleksandr Vislıyi qəbul edib.

APA-nın məlumatına görə, A. Vislıy Bakıya ilk dəfə gəldiyini və şəhərə vurulduğunu deyib. Kitabxana sahəsində Azərbaycanla əməkdaşlığa sevindiyini söyləyən qonaq, Rusiya Dövlət Kitabxanasının çoxsaylı oxucularının olduğunu vurğulayıb: “Çoxları oxucuların azaldığını desə də, gördüklərimiz və nəticələr bunu göstərmir. Əgər elektron versiyada oxucu sayını da saysaq, bu gün Rusiyanın çox hissəsi kitab oxuyur. Rusiyada çox güclü Azərbaycan diasporu var və azərbaycanlıların sayı çoxdur. Onlar kitabxanamızda həm də Azərbaycandilli kitablar oxumaq istəyirlər”. 

OXŞAR XƏBƏRLƏR