Nazir saxta diplomlu direktoru işdən çıxardı

Nazir saxta diplomlu direktoru işdən çıxardı
SİYASƏT
16:12 16.01.2020
6284

Sosial şəbəkələrdə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizovanın diplomunun saxta olması ilə bağlı məlumat yayılıb.

Bildirilir ki, Xalidə Əzizovanın Kirovabad Pedoqoji İnstitutu tərəfindən verilən diplomu saxta çıxıb.  

AZXEBER.COM-un məlumatına görə, məsələ barədə Təhsil Nazirliyindən Oxu.az-a bildirilib ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova ilə əmək müqaviləsinə 15 yanvar 2020-ci il tarixdə xitam verilib.

OXŞAR XƏBƏRLƏR