Nazirlik Beyləqandakı qətlə görə Ovçular Cəmiyyətini ittiham etdi

Nazirlik Beyləqandakı qətlə görə Ovçular Cəmiyyətini ittiham etdi
Bütün Xəbərlər
08:00 22.10.2012
813
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beyləqan rayonunda brakonyerlərlə Ovçular Cəmiyyətinin nümayəndələri arasında baş vermiş silahlı insidentlə bağlı bəyanat yayıb.
Nazirlikdən daxil olan bəyanatda deyilir ki, 20 oktyabr 2012-ci il tarixində gecə saatlarında Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə KİV-də məlumat yayılıb. Bunula bağlı ETSN bildirir ki, ölümlə nəticələnən hadisə Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsidir: “Belə ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib. Qeyd edək ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır. Xatırladaq ki, 2004-cü ildə Azərbaycan Respublikası Ovçuluq haqqında Qanunun qəbul edilməsindən sonra ölkə ərazisində ovçulugun təşkili, ovçuluq fəaliyyətinin tənzimlənməsi, ovçuluq təsərrüfatlarının və mülkiyyətinin idarə olunması kimi səlahiyyətlər ETSN-yə verilib”.ETSN bəyan edir ki, Ovçular Cəmiyyəti rəhbərliyinin bu qanunsuz əməlləri Beyləqan rayonu ərazisində ölümlə nəticələnən xoşagəlməz hadisənin baş verməsinə səbəb olub və faciənin bütün məsuliyyəti tam olaraq Cəmiyyət rəhbərliyinin üzərinə düşür. Bu arada isə qanunsuz ov edənlərin Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin rəisini qətlə yetirməsinə Beyləqan Rayon Prokurorluğundan münasibət bildirilib. Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 21-də, gecə saat 00:30 radələrində Beyləqan rayon sakini Süleymanov Allahyar Əli oğlu, rayonun Dünyamalılar kənd sakini Alxanov Ruslan Əkbər oğlu və Eyvazalılar kənd sakini Cəfərov Əbülfət Nəsib oğlu müxtəlif dərəcəli xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırlıblar.Rayon prokurorluğunun böyük müstəntiqi Bilal Məmmədovun sözlərinə görə, aparılan ilkin araşdırma zamanı müəyyən olunub ki, 20 oktyabrda saat 23.00 radələrində Beyləqan şəhər sakini Mahmudov Ruhi Mirzə oğlunun idarə etdiyi “Niva” markalı minik maşınında olan Beyləqan şəhər sakinləri Əliyev Mahir Allahverdi oğlu, Hüseynov Mahir Əvəz oğlu, Əsədov Vasif Fərzi oğlu, Muradxanov Vaqif Qənimət oğlu rayonun Yeni Mil qəsəbəsi yaxınlığında ov ediblər. Onlar ov edərkən, Ovçular Cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Allahyar Süleymanov həmin şəxslərə qanunsuz ov etdiklərini bildirib və mübahisə edib. O, ov silahlarını təhvil vermələrini tələb edib: “Allahyar Süleymanov özü maşından ov tüfəngini götürmək istəyib. Maşında olanlar silahı vermək istəməyib və mübahisə edərək, silahı özlərinə tərəf çəkiblər. Bu zaman silahdan açılan atəşlə A. Süleymanov, həmçinin yaxınlıqdakı R. Alxanov və Ə. Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Allahyar Süleymanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək