Nazirlik: Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxılıb

KRİMİNAL
16:43 30.04.2020
2141
"Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlərin dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bundan infeksiyanın qarşısının alınmasına yönəlib”.

Bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riskli olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb: "Humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.
 
///APA

OXŞAR XƏBƏRLƏR