Nazirlik ölən əsgərlə bağlı rəsmi açıqlama yaydı

Nazirlik ölən əsgərlə bağlı rəsmi açıqlama yaydı
Bütün Xəbərlər
00:01 08.08.2012
1349
Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun mətbuat xidmətləri Müdafiə Nazirliyinin Naxçıvandakı N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Bəyov Teyfur Hacıkərim oğlunun ölümü ilə əlaqədar birgə məlumat yayıblar.APA-nın məlumatına görə, Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu bildirir ki, əsgər T. Bəyov 6 avqust 2012-ci il tarixdə saat 12 radələrində hərbi hissənin tibb məntəqəsinə müraciət edib, ona “kəskin respirator” xəstəlik diaqnozu qoyularaq hərarətsalıcı dərmanlar verilib və hərarəti aşağı düşdükdən sonra nahar yeməyinə gedib. Nahar yeməyindən sonra o, yenidən tibb məntəqəsinə müraciət edib və həmin gün saat 16 radələrində hospitala təxliyyə olunub.Hərbi hospitalda ona “hemorragik vaskulit qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüs çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı” dəri forması, kəskin böyrək çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı III dərəcə” diaqnozu qoyularaq reanimasiya bölməsinə stasionar müalicəyə yerləşdirilib. Lakin müalicə tədbirləri müsbət nəticə verməyərək saat 22 radələrində T.Bəyov hospitalda vəfat edib. T.Bəyovun meyitinin daha ixtisaslı müayinəsinin keçirilməsi məqsədi ilə onun meyiti Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə gətirilib və orada prokurorluq əməkdaşlarının iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib. Müayinə zamanı meyitin bədən səthində travma mənşəli hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Ekspertlərin ilkin qənaətinə görə T. Bəyovun ölümünə səbəb “hemorragik vaskulit, qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüs çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı” olub.T. Bəyovun xəstəlikdən ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM 342.2 maddəsi ilə (qulluğa səhlənkar yanaşma) cinayət işi başlanıb və hal-hazırda iş üzrə zəruri istintaq işlərinin icrası davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
20:42 18.04.2026
Azərbaycan ilə D-8 arasında əməkdaşlığın inkişafı müzakirə edilib
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək
20:21 18.04.2026
2026-cı ildə TDT-nin iki zirvə toplantısı keçiriləcək