Nazirlikdən qalmaqallı internatla bağlı - AÇIQLAMA

Nazirlikdən qalmaqallı internatla bağlı - AÇIQLAMA
Bütün Xəbərlər
18:04 24.11.2014
1638
Təhsil Nazirliyi 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin fəaliyyətində pozuntuların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq işlər aparır
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, son vaxtlarda mediada adı çox hallandırılan 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində də bəzi tədbirlər çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri baş verib. Bu il müəssisəyə yeni təyin olunan rəhbərlik müəssisənin fəaliyyətini qaydaya salmaq üçün bır sıra tədbirlər həyata keçirib: Bu tədbirlər kollektivdə sağlam ab-havanın yaranmasından məmnun olmayan və əvvəlki rəhbərlikdə təmsil olunan bəzi şəxslərin və özlərini “uşaq müdafiəçiləri” hesab edən himayədarlarının qəzəbinə səbəb olub.
Bu iki qrupun iş birliyi nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların məsumluğundan istifadə edilərək, sifarişli və qərəzli xarakter daşıyan materiallar hazırlanıb KİV-ə ötürülür, kollektivdə çalışan müəllim və tərbiyəçilərin fədakar və təmənnasız əməyinə kölgə salınır: “Çox təəssüflər olsun ki, istər bu ilin mayında 7 nömrəli, istərsə də, bu günlərdə 11 nömrəli internat məktəblərində uşaqların görüntülərindən istifadə edilməklə hazırlanan, heç bir əxlaq və mənəviyyata sığmayan sensasiya xarakterli materiallar eyni ssenari və həftənin eyni günündə təqdim olunur. Əslində isə nə baş verib? 11 nömrəli internat məktəbində əvvəllər rəhbər vəzifələrdə işləmiş Mülkicahan Əliyeva öz qeyri-sağlam ambisiyaları ilə kollektivdə hərc-mərclik, özbaşınalıq mühiti yaratmağa çalışıb, müəssisənin işgüzar nüfuzuna xələl gətirib.
Son hadisədən üç həftə əvvəl həmin şəxs ictimai ajiotaj yaratmaq həvəsi ilə internatda uşağın yüngül yanıq xəsarəti alması faktının süni olaraq şişirdilməsinə çalışmışdır. Həmin vaxt istədiyinə nail olmayan bu xanım noyabrın 20-də sanitar qovşağında məlum çəkilişi təşkil etmişdir. Bu və digər antipedaqoji hərəkətlərinə görə, o, internat məktəbinin pedaqoji şurasının və həmkarlar təşkilatının rəyinə əsasən, 21.11.2014-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilib. Elə həmin gün “sensasiyalı” video portallarda yerləşdirilib və “uşaq müdafiəçiləri” kimi təqdim olunan şəxslər mediada öz etirazlarını bildiriblər. Lakin, burada bir neçə məqam xüsusi maraq doğurur - əgər internat məktəbində illərlə pozuntular davam edirdisə, onda bu “uşaq əzabkeşləri” harada idilər? İkincisi isə ondan ibarətdir ki, bir çox hallarda “uşaq müdafiəçiləri” uşaqlara valideynlərindən daha çox “can yandırırlar”. Bu həm cari ilin mayında, həm də bu günlərdə baş verən analoji hallarda aydın görünür”.
Nazirliyin məlumatında qeyd edilir ki, bir çox hallarda media məkanında obyektivlik prinsipi gözlənilmir, çalışdığı kollektivdə əmək qanunvericiliyini pozan və buna görə də cəzalandırılan insanlar “qəhrəman” statusunda manşet xəbər olur. Bütün bunlarla yanaşı, Təhsil Nazirliyinə ilk müraciət əsasında, bir çox hallarda da nazirliyin təşkilatçılığı ilə media təmsilçiləri həmin məktəbdə olub, ətraflı müşahidə və təhlil apara biliblər. Ölkə mediasının 30-dan çox təmsilçisinin iştirakı ilə bu ilin yayında 11 nömrəli internat məktəbinə təşkil olunan media-turda jurnalistlər təxminən iki saat ərzində məktəbdə baş verən bütün proseslə yerindəcə tanış olub, şagirdlərlə birlikdə nahar edib, onların asudə vaxtlarını necə keçirdiklərini öz gözləri ilə görüblər.
Qeyd olunan məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Bütün təhsil müəssisələrində, o cümlədən Təhsil Nazirliyinin tabeliyində olan internat məktəblərində qanun pozuntusu hallarına qarşı mübarizə hər hansı bir təzyiq və toxunulan maraqlara baxmayaraq bundan sonra da davam etdiriləcəkdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
13:29 11.09.2025
Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı
Prezidentdən 1,5 milyonluq - Sərəncam
13:13 11.09.2025
Prezidentdən 1,5 milyonluq - Sərəncam
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
13:11 11.09.2025
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
13:11 11.09.2025
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
13:09 11.09.2025
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
13:07 11.09.2025
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
12:58 11.09.2025
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
12:56 11.09.2025
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
Sabah leysan yağacaq, temperatur enəcək
12:52 11.09.2025
Sabah leysan yağacaq, temperatur enəcək
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb