Nazirlikdən vəfat edən leytenantla bağlı - AÇIQLAMA

Nazirlikdən vəfat edən leytenantla bağlı -  AÇIQLAMA
Bütün Xəbərlər
18:16 26.08.2013
2036

Azərbaycan Ordusu daha bir zabitini itirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bir ay əvvəl Tovuz rayonunda baş verən avtomobil qəzasında ağır kəllə-beyin travması alan leytenant Musayev İlham Ramiz oğlu bu gün Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib.

Məlumata görə, İlham Musayev bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alıb.

Həmin vaxtdan indiyədək koma vəziyyətində olub.

OXŞAR XƏBƏRLƏR