Nazirlikdən yol polislərindən şikayətçi olan vətəndaşlara - MÜRACİƏT

Nazirlikdən yol polislərindən şikayətçi olan vətəndaşlara -  MÜRACİƏT
Bütün Xəbərlər
13:52 11.06.2014
2410
Ötən il Daxili İşlər Nazirliyinin “102” Xidməti - Zəng Mərkəzi sisteminə 216 minə yaxın, o cümlədən 13 mindən çox cinayət xarakterli məlumat daxil olub, bu əsasda 300-dək ağır və xüsusilə ağır cinayət “isti izlərlə” açılıb, minlərlə şəxsə hüquqi yardım göstərilib, zəruri izahlar verilib.

DİN mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən qanunçuluğun pozulması, vəzifə səlahiyyətlərinin lazımi qaydada icra edilməməsi barədə bütün şikayətlər operativ və obyektiv araşdırılmış, adekvat intizam tədbirləri görülüb.

Müvafiq sahədə fəaliyyətin davamı olaraq Baş Dövlət Yol Polisi İdarəsində də şikayətlərin qəbulunu həyata keçirən “Qaynar xətt” xidməti yaradılıb. Nazirlik vətəndaşlara müraciət edərək bildirir ki, bununla əlaqədar həmin qurumun əməkdaşlarının qanunsuz hərəkətləri barədə “102” xidməti ilə yanaşı “902” telefon nömrəsinə də məlumat verə bilərlər:

“Hər bir müraciət üzrə dərhal və qısa müddətdə qanunauyğun tədbirlərin görülməsi, qarşılaşdığınız və ya şahidi olduğunuz neqativ halların hərtərəfli və obyektiv araşdırılması təmin ediləcəkdir. Qanunçuluğun qorunması işinə verəcəyiniz töhfələrə görə əvvəlcədən təşəkkür edirik”.

OXŞAR XƏBƏRLƏR