Bu gün Müdafiə Sənayesi Nazirliyinə məxsus binada yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda Müdafiə Sənayesi Nazirliyinin balansında olan, ümumi sahəsi 1300 kv.m olan, hazırda fəaliyyət göstərməyən ikimərtəbəli poliklinika binasının 2-ci mərtəbəsində 2 otağın tavanı və taxta konstruksiyadan olan arakəsmə divarları 80 kv.m sahədə yanıb.