Neft Akademiyasının alimləri də Rafiq Əliyevin əleyhinə müraciət imzaladılar (SİYAHI)

Neft Akademiyasının alimləri də Rafiq Əliyevin əleyhinə müraciət imzaladılar (SİYAHI)
MARAQLI
11:25 16.11.2011
2593

Bakı Dövlət Universitetinin ardınca Azərbaycan Dövlət Neft Akademiyasının bir qrup alimi də akademik Rafiq Əliyevlə bağlı müraciət imzalayıb. AZXEBER.COM-un məlumatına görə, “Azərbaycan” qəzetində dərc olunan müraciətdə deyilir: Azərbaycan Dövlət Neft Akademiyasında uzun müddət çalışan və hazırda kafedra müdiri vəzifələrini tutan əməkdaşlar olaraq son günlər müxalif mətbuatında "Eldar Namazov qrupu" adlı toplumun professor Rafiq Əliyevin kafedra müdiri vəzifəsindən azad edilməsi məsələsini həddən artıq şişirtməklə yanaşı, məsələyə özlərinə xas olan siyasi don geydirmələrindən böyük narahatçılıq keçirdiyimiz üçün ictimaiyyətin aldadılması cəhdinə son vermək qərarına gəldik.

Heç kəsə sirr deyil ki, hər bir müəssisədə idarəçilik önəmli rol oynayır. Əgər kafedra müdiri fakültə Elmi Şurasının üzvü ola-ola onun işində illərlə iştirak etmirsə və bunun səbəbi kimi vaxtının olmamasını göstərirsə, buna nə ad vermək olar? Nə səbəbə fakültə dekanı tədrislə bağlı bu və ya digər məsələni müzakirə etmək üçün kafedra müdirinin qəbuluna düşməyi gözləməlidir? İlin çox hissəsini respublikadan kənarlarda olan kafedra müdiri kafedranı necə idarə edə bilər? Nə üçün "dünya şöhrətli alim" Bolonya təhsil məkanına inteqrasiya ilə bağlı məsələlər barədə doğma ali təhsil məktəbinin tələbələri qarşısında mühazirələrlə çıxış etməməlidir? Bütün bu suallara cavab axtararkən Rafiq Əliyevin kafedra müdirliyindən azad edilməsinin düzgün olması qənaətinə gəlirsən. Akademiyanın həqiqi, yaxud da müxbir üzvü olmaq - ömürlük kafedra müdiri olmaq üçün vizit kartı deyildir.

Kafedra müdiri vəzifəsindən kənarlaşdırılması ətrafında bu qədər ajiotaj yaratmaqla müxalifət qəzetləri nə demək istəyirlər? Axı onların heç biri R.Əliyevin necə alim olmasını bilmirlər - onların bunu dərk etməsi üçün ən azı təhsil ocağımızda işləmələri, onunla ünsiyyətlə olmaları vacibdir. R.Əliyev isə onlarla görüşlərində elmdən yox, nostalji hisslərlə xatırladığı Mərkəzi Komitənin şöbə müdirliyi dövründəki vaxtlarının qaytarılması üçün xəyallar qurmaqla məşğul olmuşdur.

Rafiq Əliyevin Elmlər Akademiyasının müxbir üzvü seçilməsinin də öz tarixçəsi vardır. Elmlər Akademiyasının tarixində ilk seçki idi ki, Ə.Vəzirovun şəxsi göstərişi əsasında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üç şöbə müdiri akademiyanın üzvü adını almışdılar. Bu fakt onun totalitarizm dövrünün ən neqativ üsulları ilə bəhrələnməsinin bariz nümunəsidir.

Təəssüflər olsun ki, kimlərinsə yaratdığı "Rafiq Əliyev mifi" onun özünü labirintə saldı. O, nə istədiyini, nəyə qulluq etdiyini unudub adını "tarixə" yazmağa cəhd edir.

İctimaiyyətə yalan məlumat verərək guya R.Əliyevə Nobel mükafatı veriləcəyi barədə xülyalar səsləndirilir. Hörmətli professorun elmi-tədqiqat sahəsi riyaziyyat və texnikanı əhatə edir. Nobel mükafatı isə bu sahələr üzrə təqdim edilmir, iqtisadiyyat üzrə almağı isə gülünc səslənir. Ümumiyyətlə, Nobel mükafatı iddiaçıları bunu reklama çevirmirlər və çox zaman mükafatlandırıldıqları barədə xəbəri hamı kimi mətbuatdan eşidirlər.

Təəssüflə bildiririk ki, Rafiq Əliyevin müdafiəsinə qalxanlar elmdən və tədrisdən uzaq, vaxtilə ona qarşı düşmənçilik mövqeyində olan adamlardır. Maraqlıdır ki, onu müdafiə edən müxalifətçilərə də R.Əliyev vaxtilə ən pis adlarla damğa vurmaqdan çəkinməmişdir. Onların R.Əliyevi müdafiə etmələri alimin adına ləkədir. Yəni doğrudanmı, R.Əliyevin bu tip adamların hay-küyünə bu qədər ehtiyacı var?

Bağır Bağırov, kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor

Qafar Həsənov, kafedra müdiri, professor

Nadir Fəirzanə, kafedra müdiri, professor

İmran Cəfərov, kafedra müdiri, professor

Kamil Aydazadə, kafedra müdiri, professor

Rəhim Məmmədov, kafedra müdiri, professor

Əli Nazim Məmmədtağızadə, kafedra müdiri, professor

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
21:58 04.11.2026
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:48 04.11.2026
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
Yol vergisindən daxilolmalar azalacaq
21:39 04.11.2026
Yol vergisindən daxilolmalar azalacaq
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
21:31 04.11.2026
Sabah Fransada yüz minlərlə insanın aksiyalarda iştirakı gözlənilir
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
21:22 04.11.2026
Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
21:13 04.11.2026
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb
21:10 04.11.2026
Batrakovun sosial şəbəkə izləyiciləri "Qalatasaray"a keçdikdən sonra 11 dəfə artıb