Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Emil Balayev klubdan ayrılıb.AZXEBER.COM klubun saytına istinadən xəbər verir ki, Almaniya Bundesliqası klublarından olan “Ayntraxt”ın (Frankfurt) “Neftçi”yə ünvanladığı rəsmi dəvətə əsasən baxışda iştirak etmək üçün bu ölkəyə yola düşüb.Emil Balayev noyabrın 26-dan dekabrın 12-dək “Ayntraxt”ın düşərgəsində baxışda olacaq. Baxışın nəticələrinə əsasən Almaniya klubu qapıçı ilə bağlı qərar verəcək.