"Neftçi"nin yeni transferi: "Sanki Türkiyəyə gəlmişəm"

İDMAN
20:10 23.09.2021
743
"Təbii ki, başqa ölkəyə gəlmək - yeni şəhər, yeni komanda, yeni ab-hava deməkdir. Amma bu günədək heç bir sıxıntım olmayıb".

Bu fikirləri "Neftçi"nin yeni transferi Tiaqo Bezerra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

34 yaşlı braziliyalı hücumçu bildirib ki, Azərbaycan karyerası dil sarıdan da onun üçün çox rahatdır: "Üstəlik, komandada portuqalca və fransızca danışan futbolçular var. Çox şanslıyam. İlk gəldiyimdən bu günədək problem yaşamamışıq. Belə də davam edəcəyik".

Təcrübəli forvard "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri ilk matçında özünü yaxşı hiss etdiyini söyləyib: "Komanda yaxşı oynadığından, bizə də rahat idi. Təbii ki, bir az zaman lazımdır. Hələ tələsməyə ehtiyac yoxdur. Komandada işlər də yaxşı gedir. Əlbəttə, oynamaq istəyirəm. Amma digər oyunçulara da sayğı göstərmək lazımdır. Daha hazırlıqlı futbolçular var. Mənim zamanım da gələcək. Bunun üçün çox çalışıram. Vaxtı yetişdikdə hazır olacağam".

Türkiyədə müxtəlif klubların fornasını geyinmiş oyunçu Azərbaycanı bu ölkəyə bənzədib: "Sanki Türkiyəyə gəlmişəm. Azərbaycanın dili, insanları, yeməkləri, bir sözlə, hər şeyi çox bənzəyir. Təbii ki, bura irəliləməkdə olan futbolu da daxil edərdim. Türkiyədə isə belə bir gün yetişib. Buna görə də kiçiltməli bir şey yoxdur. VAR da gələcək, digər təşkilati işlər də görüləcək".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının V turunda "Sabah"ın qonağı olacaq. Sentyabrın 26-da oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:27 26.10.2021

Alim Qasımov qızını cəzalandırıb: “Mənə şillə vurdu” - VİDEO

11:16 26.10.2021

Ermənistan parlamenti Azərbaycanla sərhədin demarkasiyası ilə bağlı qapalı dinləmələr keçirəcək

11:12 26.10.2021

Bakıda daha bir qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

11:02 26.10.2021

DTX rəisindən Azərbaycanda sabitliyi pozmağa çalışanlara XƏBƏRDARLIQ

11:00 26.10.2021

DTX rəisi: "Bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması narahatlıq doğurur"

10:58 26.10.2021

"Ermənistandakı mənfur ünsürlər Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır"

10:57 26.10.2021

Ramil Usubov: "Bəzi qüvvələr bölgədə yaranan sabitliyin yenidən pozulması üçün təxribatlara əl atırlar"

10:46 26.10.2021

İmmunitet və peyvənd sertifikatları ilə bağlı VACİB XƏBƏR: Müddətsiz olaraq uzatmaq üçün...

10:35 26.10.2021

Nazir polis mayoruna yüksək vəzifə verdi

10:31 26.10.2021

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürdü

10:28 26.10.2021

İstismar müddəti bitmiş binalar nə vaxt söküləcək? - VİDEO

10:20 26.10.2021

Prezident: “Məndən də tələbələrə salam söylə” - VİDEO

10:16 26.10.2021

Bakıda TIR ağır qəza törətdi - VİDEO

10:03 26.10.2021

Şuşaya qar yağır - VİDEO

09:52 26.10.2021

Bakı-Sumqayıt qatarında problem: Sərnişinlər mənzil başına gecikdi

09:38 26.10.2021

Tanınmış müğənni toyda dollar yağışına tutuldu - FOTOLAR