"Qarabağ" klubu rəsmi "instagram" səhifəsinin rəy bölməsini bağlayıb.
AzxeberSport xəbər verir ki, öz meydanında "Neftçi"yə 1:2 hesabıyla uduzan klub matçın hesabıyla bağlı paylaşımda rəy bölməsini bağlayıb.
Buna səbəb isə azarkeşlərin klubu tənqid etməsi olub.
Qeyd edək ki, klub hücumçu transfer etmədiyinə görə tənqidlərə məruz qalır.