Zərdabda evdə nənə və nəvə dəm qazından zəhərlənib. Hadisə bu gün rayonun Şahhüseynli kəndində qeydə alınıb.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, kənd sakini, 94 yaşlı Güldəstə Ağalarova və nəvəsi, 39 yaşlı Ramin Ağalarov yaşadıqları ünvanda dəm qazından zəhərləniblər. Güldəstə Ağalarova hadisə yerində ölüb, Ramin Ağalarov isə xəstəxanaya yerləşdirilib.
Mərhumun qızının sözlərinə görə, onlar hadisə yerinə gələn zaman artıq Güldəstə Ağalarova həyatını itiribmiş.
"TƏBİB”dən "Xəzər Xəbər”ə bildirdilər ki, 39 yaşlı Ramin Ağalarova zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.











































