Nəqliyyat naziri Azərbaycanda rəsmi səfərdədir

Nəqliyyat naziri Azərbaycanda rəsmi səfərdədir
Bütün Xəbərlər
08:15 18.07.2012
1040
Türkiyənin nəqliyyat dənizçilik və rabitə naziri Binəli Yıldırım Azərbaycanda 2 günlük rəsmi səfərdədir.
AZXEBER.COM-un “TRT Avaz” saytına istinadən verdiyi xəbərə görə, səfərin məqsədi Azərbaycanda bu gün keçiriləcək “Bakı-Tiflis-Qars dəmiryolu nazirlər müşahidə koordinasiyası”nın 4-cü iclasında iştirak etməkdir. İclasda Bakı-Tiflis-Qars dəmiryolu, tikintinin qət etdiyi mərhələ və problemləe müzakirə olunacaq.
Türk nazirin səfər çərçivəsində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvili ilə görüşəcəyi, iclasdan sonra 3 nazirin ortaq protokol imzalayacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli naziri qəbul edəcəyi istisna edilmir.
OXŞAR XƏBƏRLƏR