Nəqliyyatın işçiləri sürücünü bu hala saldı - VİDEO

Nəqliyyatın işçiləri sürücünü bu hala saldı -  VİDEO
Bütün Xəbərlər
18:44 19.02.2013
2740

İl yenilənsə də taksi sürücüləri ilə nəqliyyat müfəttişləri arasındakı münasibət yenilənməyib

İl yenilənsə də taksi sürücüləri ilə nəqliyyat müfəttişləri arasındakı münasibət yenilənməyib, elə köhnə ampulasındadır. Yenə də hər iki tərəf bir-birinə az qala düşmən kəsilib. Bu gün nəqliyyat müfəttişləri ilə taksi sürücüsünün növbəti dueli Nərimanov rayonunda baş tutub. Qüvvələr isə həmişəki kimi yenə də qeyri bərabər olub.Namiq Quliyev, döyülən sürücü: “Heydər Əliyev prospektinə gedirdim, yolda bir nəfər cavan oğlan əl elədi götürdüm. Oturdu maşına əl atdı açarlara, dedi düş maşından”.Avtomobildən düşmək istəməyən sürücüyə daha sonra iki nəfər də yaxınlaşıb. Namiq Quliyevin bildirdiyinə görə, sonradan gələn nəqliyyat müfəttişliyinin iki əməkdaşı onu maşınından düşürərək dartıb yerə salıblar.Namiq Quliyev iddia edir ki, o, taksi fəaliyyəti ilə məşğul olmayıb. Sadəcə zərurət olanda atasına məxsus VAZ 21 011 markalı avtomobili idarə edirmiş. Onun sözlərinə görə, atası bu avtomobillə bazara tərəvəz daşıyır və maşın nəqliyyat müfəttişləri tərəfindən aparılanda da avtomobilin yük yeri tərəvəzlə dolu olub. Avtomobilinin hara aparıldığını bilməyən Namiq Quliyevə yoldan keçən insanlar kömək edərək onu 1 saylı xəstəxanaya gətiriblər. Burda isə həkimlər Namiqə bel və yuxarı bud nahiyəsinin əzilməsi və qarın boşluğunun travması diaqnozu qoyublar. Nəqliyyat Nazirliyində isə bu gecə baş vermiş hadisə ilə araşdırmalar aparılır.Namiq Həsənov, Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri: “Araşdırma nəticəsində məlum olacaq ki, o bizim işçilərdir, yoxsa yox. Əgər günahkar Nəqliyyat Nazirliyinin əməkdaşları olsa belə işdən qovulacaq”.Namiq Həsənov onu da bildirdi ki, nəqliyyat müfəttişlərinə bu kimi halların baş verməməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq onlar yenə sürücüləri döymək hallarını davam etdirirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
01:35 20.04.2026
Paytaxt yollarında dayanacaq problemi: Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidirlər? - VİDEO
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
00:27 20.04.2026
Otlaq sahəsi əkinə çevrildi - Kəndlilər çıxılmaz vəziyyətdə qaldılar - VİDEO
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
23:51 19.04.2026
ABŞ qüvvələri İran gəmisinə atəş açıblar
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
23:44 19.04.2026
Kanalizasiya xətləri təmir edildi, asfaltın bərpası "yaddan çıxdı" - VİDEO
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
23:26 19.04.2026
Bakıdan Məkkəyə velosipedlə gedir - Video
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
23:18 19.04.2026
Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
22:58 19.04.2026
Masallıda qəzada ölən 18 yaşlı gəncin fotosu
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO