Xəbər verdiyimiz kimi "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.
"Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 1:3 hesablı qələbəyə sevinib.
"Qarabağ"ın qələbəsinə şərh edən Milli Məclisin deputatı Aqil Abbas AZXEBER.COM-a açıqlamasında oyundan öncə verdiyi açıqlamada Ağdam təmsilçisi qələbə qazanarsa qurban kəsəcəyini bildirdiyini deyib:
"Əvvəlcə bütün azarkeşləri və Qurban Qurbanovu qələbə münasibətilə təbrik edirəm. Oyundan əvvəl verdiyim açıqlamamda da demişdim ki, "Qarabağ" bu oyunda qalib gələcək və mən qurban kəsəcəm. Bu gün ya da sabah qələbə münasibətilə dediyim qurbanı kəsdirəcəm".
Aqil Abbas Qurban Qurbanovun komandanın gənc hücumçusu Nəriman Axundzadəni niyə başqa oyunçu ilə əvəz etmədiyi üçün onları tənqid edənlər haqda fikrini bildirib:
"Hansı oyunçunu hansı mövqedə oymatmağı da, hansı futbolçunun əvəz edilməsini də Qurban Qurbanov yaxşı bilir. Ona məsləhət verən adamları görəndə gülürəm. Futboldan anlayışı olmayan adamlar Qurban Qurbanova mələhət verirlər. Nəriman Axundzadə mənim sevdiyim və "Qarabağ"ın çox yaxşı futbolçularından biridir. Çox yaxşı futbol oynayır və lazım olan anlarda qol da vura bilir. Kimsə nəsə yazırsa "Qarabağ"ı və Qurban Qurbanovu gözü götürməyənlərdi. "Qarabağ" neçə ildir Avropada tarix yazır. Avropa hətda Amerikada da bilirlər ki belə bir klub var. Azərbaycanın da reytinqini qaldıran bir komandadır "Qarabağ".
Günel Hüseynli