Nərmin Hüseynlinin ölüm səbəbi tam açıqlandı

Nərmin Hüseynlinin ölüm səbəbi tam açıqlandı
Bütün Xəbərlər
18:14 22.04.2014
5311

Gənc qızı ilk dəfə əməliyyat edən həkimlər onun xərçəng olduğunu bilməyiblər

AZXEBER.COM xəbər verir ki, Milli Onkologiya Mərkəzi "Bizim Yol"un sorğusuna cavab verib.
Martın 9-da limfa hüceyrələrinin xərçəngi xəstəliyindən əziyyət çəkən azərbaycanlı, 17 yaşlı Nərmin Hüseynli Türkiyədə dünyasını dəyişdi. Onun vəfatından sonra KİV-lər onkoloji sahəni tənqid atəşin tutdu. Gənc qızın bacısı Mehin Hüseynlinin sosial şəbəkədə yaydığı statusu az qala bütün mətbuat dərc etdi.
Statusda deyilirdi: "Bacımı itirdim mən artıq…Onun ölümündə səhv edən həkim günahkardır! Onun ölümündə, onu bu vəziyyətdə evə buraxan Milli Onkologiya Mərkəzi günahkardır! Onun ahı sizin xirtdəyinizdən yapışacaq!"
Milli Onkologiya Mərkəzi Bizimyol.info-nun Nərmin Hüseynlinin ölümü ilə bağlı sorğusuna cavab verib. Mərkəz gənc qızın xəstəlik tarixçəsini də təqdim edib. Xəstəlik tarixçəsində deyilir ki, Nərmin Hüseynli 2013-cü ilin iyunun 24-dən Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında qeydiyyatda olub. Sonuncu dəfə 2014-cü il yanvarın 1-dən fevralın 18-dək klinikada müalicə alıb. Xəstənin qan qrupu 4 müsbət, yaşı isə 18 idi. Onun klinik diaqnozu belədir: "Diffuz B-hüceyrəli Qeyri-Hoçkin limfoma. CD 20+, qalxanvari vəzinin, sağ, sol boyun limfa düyünlərinin, süd vəzilərinin, divararalığının, həmçinin geniş abdominal zədələnmə (qarnın aşağı nahiyəsində və kiçik çanaqda l/düyünləri konqlomenratı). Polisrrozit, enterokolit, R4 risk qrupu, 3-cü mərhələ. Qeyri-radikal cərrahi əməliyyatdan, PKT-dən və Target terapiyadan sonrakı vəziyyət. Tam remissiya. Residiv-izolə olunmuş sümük iliyi zədələnməsi ilə. Residiv əleyhinə 1 kurs PKT-dan sonraki vəziyyət. Proqressivləşmə - hər iki ağciyərlərin çoxsaylı metastatik zədələnməsi. Hemoragik sindrom - qastrointensial qanaxma".
Cavabda deyilir ki, Nərmin Hüseynli Milli Onkologiya Mərkəzinə aparıldığı zaman anası onun 2013-cü ilin aprel ayında xəstələndiyini deyib. Xəstəliyin ilkin əlamətləri boynun ön nahiyəsində yaranmış şişlik olub: "Xəstəyə 2013-cü ilin mayın 1-də Ak.M.A.Topçubaşov adına E.C.M hissəvi tireoidektomiya əməliyyatı icra olunub. Haşimoto tireoidi diaqnozu təsdiq olunub. Lakin xəstədə bir ay sonra həmin lokalizasiyadan patoloji törəmənin təkrarən inkişafını nəzərə alaraq, o, İrana müayinə və müalicə məqsədi ilə müraciət edib. İranda təkrari biopsiya edildikdən sonra patoloji d-z: MALT limfoma diaqnozu qoyulub. Xəstəyə bir kurs PKT-CHOP sxemi ilə aparılıb (epikriz yoxdur). 2014-cü ilin yanvarın 16-sında intensiv müalicədən təqribən 1 ay yarım sonra xəstə təkrar MOM, Uşaq Klinikasına - ümumi zəiflik, ürək bulanma, qusma, aşağı ətraflarda ağrı şikayətləri ilə müraciət edib. Xəstədə residiv şübhəsi olduğu üçün kliniki-instrumental, laborator, sitaoloji müayinə aparılıb və residiv-izolə olunmuş sümük iliyi zədələnməsi təsdiq olunub. Sonra xəstədə ağırlaşma baş verdi. Xəstəyə hemostatik, antibakterial, antimikotik, hemokomponent - trombokonsentrat, er. Kütlə doldurulmuş plazma transfuziya olunub. Fevralın 9-dan xəstədə burun, qastrointestinal qanaxma müşahidə olundu. Lor-həkim tərəfindən ona arxa tamponada aparılıb. Fevralın 17-də döş qəfəsi orqanları hər iki tərəfdən ağ ciyərlərdə çoxsaylı ocaqlı kölgələr aşkar olunur. Bu agciyərlərin metastatik zədələnməsi idi. Fevralın 18-də isə qanın morfoloji müayinəsi olundu. Bu zaman preiferiyada blastlar 10 faiz idi. Xəstəyə dərin trombositopeniyanı nəzərə alaraq sümük iliyi funksiyası qanazma riski olduğuna görə icra edilmədi. Şöbə müdiri İsmayılzadə R.S ilə dəfələrlə xəstəyə baxış aparılmış və müalicə taktikası mövzusunda müzakirələr aparılıb. Xəstədə şişin kimyəvi rezistetnliyi olduğunu nəzərə alaraq ona xüsusi müalicənin aparılması əks göstərişdir".
Xəstəlik tarixçəsinin sonuncu sətrlərində isə deyilir ki, Nərmin Hüseynli özünün və valideyninin təkidi ilə (yazılı iltizam ilə) ağır stabil vəziyyətdə evə yazılıb: "Xəstə evə yazılarkən onun sahə onkoloqunun nəzarəti altında simptomatik müalicə yazılıb, ağrı zamanı adi antigentlər effektsiz olarsa, narkotik antigentlərin təyin olunması tövsiyə olunub".
17 yaşlı gənc qız həkim səhlənkarlığınının qurbanı olub. Nərmin Hüseyinin anasının sözlərinə görə, qızı səhətindən heç vaxt şikayət etməyib və tam da sağlam olub. Məktəbdə fiziki və əqli fəallığı ilə seçilən Nərminin ötən ilin aprelində birdən-birə boğazı şişməyə başlayır. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunduqdan dərhal sonra ona zob diaqnozu qoyularaq üzərində tiroidektomiya adlı əməliyyat aparılır.
Lakin getdikcə Nərminin vəziyyəti ağırlaşdığından bir çox vətəndaşlarımız kimi əli hər yerdən üzülən valideyinləri onu da müayinə üçün İrana, Təbrizə aparırlar. Məlum olur ki, diaqnoz əvvəlcədən səhv qoyulub və əslində Nərmin xəçəng xəstəliyindən əziyyət çəkirmiş.
OXŞAR XƏBƏRLƏR