Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib

Netanyahu geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib
DÜNYA
23:52 02.11.2026
254
İsrailin Baş naziri Benyamin Netanyahu tərəfdaşları ilə yanaşı, terrorizmi dəstəkləməyən və hökumətə qoşulmaq istəyən istənilən siyasi partiya ilə geniş tərkibli hökumət qurmağa hazır olduğunu bildirib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Mövcud tərəfdaşlarımızla və terrorizmi dəstəkləməyən, bu təşəbbüsə qoşulmaq istəyən istənilən partiya ilə geniş tərkibli hökumət qurmağa çalışırıq. Mən dialoqa açığam”, – Netanyahu bildirib.

Qeyd edək ki, İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra heç bir siyasi blok Knessetdə hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilməyib.
OXŞAR XƏBƏRLƏR