‘Nəyə görə ‘Connect’ə görə mən 2-3 gün internetsiz qalmalıyam?’ – ŞİKAYƏT MƏKTUBU

‘Nəyə görə ‘Connect’ə görə mən 2-3 gün internetsiz qalmalıyam?’ –  ŞİKAYƏT MƏKTUBU
Bütün Xəbərlər
14:00 14.02.2013
1781

Yerli telekommunikasiya şirkəti olan "Connect"in abonenti tərəfindən şikayət məktubu göndərilib.

AZXEBER.COM-un day.az-a istinadən verdiyi məlumata görə, məktubda şirkətin göstərdiyi İnternet və televiziya xidmətlərinin keyfiyyətsiz olduğu deyilir. "Mən "Connect"in televiziya və İnternet xidmətlərindən istifadə edirəm. Lakin xidmətlərin səviyyəsi arzuolunan kimi deyil. İnternetin qeyri-stabil işləməsi, abonentin narazılığına operativ münasibət bildirilməməsi... Şirkətin fəaliyyətini belə xarakterizə etmək olar. İnternetlə problem yarandıqda texniki dəstək mərkəzi ilə əlaqə saxlamaq mümkün olmur. Deyirlər ki, texniki dəstək yalnız həftənin üç günü abonentlərə xidmət göstərir. Əgər İnternetin pulunu ayın əvvəlində ödəmişəmsə, nəyə görə 2-3 günlük İnternetsiz qalmalıyam? Nəyə görə şirkət xidmət göstərmədiyi günlərin pulunu geri qaytarmır? Nəyə görə bu pullar ümumi məbləğdən çıxılmır? Elə olur ki, texniki işçilər gəlib İnternet və televiziya yayımında yaranmış problemi aradan qaldırırlar, lakin üstündən bir həftə keçməmiş yenidən problem yaranır". Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Connect" şirkəti ilə əlaqə saxlamağa çalışıb, lakin onun cəhdləri uğursuz olub. Şirkətdə müxbirin zənglərinə cavab verən olmayıb. Azərbaycan İnternet forumunun prezidentiOsman Gündüzün sözlərinə görə, Azərbaycanın İnternet provayderlərinin göstərdiyi xidmətlərdə ciddi problemlər var. "Bildiyiniz kimi, hər bir abonent şəbəkəyə qoşularkən provayder ilə müqavilə imzalayır. Bu sənəddə hər iki tərəfin hüquq və öhdəlikləri əks olunur. Bir çox provayderlərin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsaslanan normal müqavilələri yoxdur. Onların hazırladıqları müqavilələr keyfiyyətsizdir. Daha doğrusu, həmin sənəddə vətəndaşların hüquqları kobud şəkildə pozulur. Biz zaman-zaman rabitə və İnformasiya Texnologiyaları nazirliyinə, o cümlədən müvafiq qurumlara müraciət edirik və bildiririk ki, müştəri və xidmət göstərən şirkət arasındakı münasibətləri tənzimləyən keyfiyyətli müqavilələr hazırlanmalıdır". Ekspert onu da qeyd edib ki, istehlakçıların hüquqularının müdafiəsi haqqında qanunvericiliyə əsasən, provayder müştəriyə keyfiyyətli xidmət göstərməlidir. "Əgər həmin oxucu aşağı keyfiyyətli xidmət və aşağı keyfiyyətli İnternet problemi ilə üzləşibsə, o, məhkəməyə müraciət edə bilər. Müqavilənin şərtləri provayderin maraqlarına cavab verirsə, məhkəmə bu sənədin birtərəfli olduğu barədə qərar qəbul edə və istehlakçının hüquqlarının bərpa olunması barədə qərar qəbul edə bilər. Bundan başqa, vətəndaş məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə də müraciət edə bilər", - o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR