Nəzakət Teymurova: İlk dəfə idi ki, belə açıq və səmimi görüş keçirilirdi

Nəzakət Teymurova: İlk dəfə idi ki, belə açıq və səmimi görüş keçirilirdi
MƏDƏNİYYƏT
11:51 02.03.2019
7771
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşü çox yüksək və çox müsbət dəyərləndirirəm.

İlk dəfə idi ki, məhz belə bir geniş tərkibdə və geniş miqyasda mədəniyyət, incəsənət adamları ilə görüş keçirilirdi. İlk dəfə idi ki, məhz belə bir açıq, səmimi mühitdə görüş baş tuturdu.

Yəni, bu görüşdə daha çox məhz mədəniyyət və incəsənət adamlarının özlərinin öz dillərindən onları düşündürən, narahat edən məsələlər, onların daşıyıcısı olduğu sahənin problemləri, həllini gözləyən məqamlar dinlənilirdi.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında adıçəkilən görüşün iştirakçılarından olan tanınmış xanəndə, Xalq artisti Nəzakət Teymurova deyib.

Xalq artisti qeyd edib ki, ümumiyyətlə, Azərbaycan dövləti, xüsusilə, ölkə prezidenti İlham Əliyev və birinci xanım, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman Azərbaycan mədəniyyətinin və incəsənətinin ən böyük dəstəkçisi, himayəçisi olub:

"Onlar hər zaman Azərbaycan mədəniyyətinə, incəsənətinə, mədəniyyət və incəsənət xadimlərinə, söz-sənət adamlarına, yaradıcı insanlara böyük qayğı və diqqət göstəriblər.

Bu məsələdə, bu sahədə elə bir məsələ qalmayıb ki, onlara diqqət yetirilməmiş olsun. Özünüz də şahidsiniz ki, illərdir Azərbaycan muğamının, Azərbaycan mədəniyyətinin inkişafı, dünyaya yayılması ilə bağlı hansı işlər görülür.

Ölkəmizdə muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, Azərbaycan muğamları dünyaya yayılır, çatdırılır. Bu işlərdə də Mehriban xanımın, Heydər Əliyev Fondunun xidmətləri, fəaliyyətləri əvəzsizdir, misilsizdir.

Məhz Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun sayəsində Azərbaycan muğamı ikinci nəfəsini, ikinci inkişafını yaşamaqdadır. 

Amma bununla yanaşı, müəyyən məsələlər var ki, onlar da həllini gözləyir və bu görüşün gözəlliyi də onda idi ki, məhz həmin məqamları, məsələlələri dilə gətirmək, qeyd etmək üçün tam açıq, səmimi bir şərait yaradılmışdı.

Hər kəs öz fikrini səmimi və sərbəst şəkildə ifadə edir və onlar hamısı bir-bir dövlət rəhbəri tərəfindən qeydə, nəzərə alınırdı. Mən təkcə bir misal çəkəcəyəm. Məsələn, böyük sənətkarımız Xalq artisti Şəfiqə xanım Məmmədova Azərbaycan kinematoqrafiyasının, Kinematoqrafçılar İttifaqının vəziyyətindən, üzləşdikləri problemlərdən danışdı. 

"Düzdür, ağlamırıq. Məktublar yazmışam, lakin bəlkə çatmayıb…” deyərək, İttifaqın 6 ildir binasız qalmasını, kirayə binada fəaliyyət göstərdiyini bildirdi və bu məsələnin həlilinə köməklik göstərilməsini istədi.

Dərhal, digər təkliflər kimi, həmin təklif də dövlət başçısı tərəfindən diqqətə alındı, yerindəcə göstərişlər verildi. Elə həmin görüşdən sonra dövlət başçısı Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncam imzaladı.

Bununla yanaşı, görüşdə iştirak edən digər yaradıcı insanlarımız onların özləri ilə birbaşa bağlı məsələləri deyil, məhz onların əhatə olunduğu sahənin problemləri ilə bağlı maraqlı təkliflərini səsləndirdilər.

Bu baxımdan inanıram ki, bu görüş  Azərbaycan mədəniyyətinin və incəsənət inkişafında yeni bir mərhələ olacaq, bu görüş ölkəmizin mədəniyyətinin, incəsənətinin dünyaya təqdim edilməsində növbəti töhfələlərini verəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi