Nəzərə daha tez gələn bürclər

Nəzərə daha tez gələn bürclər
MARAQLI
21:53 03.10.2026
476
Nəzər elmi əsası olmayan xalq inancı hesab olunur. Astroloji yozumlarda isə bəzi bürclərin qısqanclıq və mənfi enerjidən daha çox təsirləndiyi iddia edilir. Bu siyahıda Xərçəng, Şir və Balıq bürclərinin adı çəkilir.

Xərçəng – emosional həssaslığı ilə seçilir

Astroloji şərhlərə görə, Xərçəng bürcü emosional və həssas xarakteri ilə seçilir. Onların ətrafdakı insanların enerjisindən asan təsirləndiyi və xarici təsirləri öz daxilində daha çox hiss etdiyi bildirilir.

Bu səbəbdən qısqanclıq və mənfi münasibətin Xərçənglərə daha güclü təsir göstərə biləcəyi irəli sürülür. Belə hallarda səbəbi bilinməyən narahatlıq, yorğunluq və müxtəlif uğursuzluqlar yaşana biləcəyi iddia olunur.

Astroloji inanclarda qoruyucu vasitə kimi ay daşı və duzlu su vannası tövsiyə edilir.

Şir – diqqət mərkəzində olmaq qısqanclıq yarada bilər

Şir bürcü özünəinamı və xarizması ilə diqqət çəkən bürclərdən biri kimi təqdim olunur. Astroloji yozumlara görə, onların diqqət mərkəzində olması bəzən heyranlıqla yanaşı, rəqabət və qısqanclıq da yarada bilər.

İnanclara əsasən, mənfi enerjinin zaman keçdikcə Şirin özünəinamına təsir göstərə və onun öz şansını belə sorğulamasına səbəb ola biləcəyi söylənilir.

Qorunmaq üçün isə ənənəvi olaraq nəzər muncuğu tövsiyə olunur.

Balıq – xarici təsirlərə daha açıq hesab edilir

Balıq bürcü güclü xəyal dünyası və həssas xarakteri ilə tanınır. Astroloji şərhlərdə onların ətrafdakı enerjilərə daha açıq olduğu və insanların münasibətindən tez təsirləndiyi bildirilir.

Balıqların yaxşı və pis enerjini daha güclü hiss etdiyi, bunun nəticəsində qəfil əhval dəyişiklikləri, halsızlıq və müxtəlif çətinliklər yaşaya biləcəyi iddia olunur.
 
///demokrat.az///
OXŞAR XƏBƏRLƏR