"Nida" Avropaya ayaq açdı

GƏNCLİK
16:36 12.10.2012
1385

N!DA Vətəndaş Hərəkatı Avropadakı demokratik təşkilatlarla memorandumlar imzaladı

Oktyabrın 9-da Almaniyada fəaliyyət göstərən “Azərbaycanda Demokratiya Naminə” Birlik (VDA e.V.) və Nida Vətəndaş Hərəkatı arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb. Birliyin sədri Qurban Ələkbərov əməkdaşlıq memorandumu ilə bağlı bildirib ki, VDA olaraq onların məqsədi xaricdən Azərbaycanda fəaliyyət göstərən müxalif yönümlü ictimai-siyasi təşkilat və qurumlara effektiv dəstəyi təmin etməkdir. N!DA Vətəndaş Hərəkatı, həmçinin, oktyabrın11-də Azərbaycan Demokratik Assosiasiyası (ADA-UK) arasında da əməkdaşlıq memorandumu imzalanıb. Məlumata görə, bu əməkdaşlıq memorandum ortaq respublikaçı dəyərlər, demokratik normalar və Azərbaycanda qanunun aliliyi uğrunda ortaq dəyərlərin birgə müdafiəsi uğrunda imzalanıb.

OXŞAR XƏBƏRLƏR