Niderland millisi Yunanıstan yığmasını darmadağın etdi

Niderland millisi Yunanıstan yığmasını darmadağın etdi
İDMAN
04:00 14.11.2026
98
UEFA Millətlər Liqasının qrup mərhələsində Niderland millisi Yunanıstan yığmasını darmadağın edib.

AZXEBER.COM xəbər verir ki, Amsterdam şəhərində yerləşən "Yohan Kroyff Arena"da keçirilən qarşılaşmada meydan sahibləri böyükhesablı qələbə qazanıblar - 7:0.
 
Niderland millisinin futbolçusu Ticani Reynders ilk hissədə het-trik edib. Yurien Timber dubl müəllifi olub. Krisensio Sammervill və Doniell Malen isə hərəyə bir qol vurublar.

Bu qələbədən sonra Niderland millisi 11 xalla A Liqasının 2-ci qrupunda liderliyə yüksəlib. Yunanıstan yığması isə 8 xalla ikinci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR