Nigarı buraxmadılar - HƏBSDƏ QALDI

Nigarı buraxmadılar - HƏBSDƏ QALDI
Bütün Xəbərlər
13:11 17.09.2012
1854
Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsi Müsavat üzvü Nigar Yaqublunun işi ilə bağlı apellyasiya şikayətinə baxaraq Abşeron rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə AzadlıqRadiosuna Nigar Yaqublunun vəkillərindən biri - Adil İsmayılov məlumat verib:   «Qərarı qüvvədə saxladılar. Ümidimiz var idi ki, Nigar Yaqublunu həbsdən azad edəcəklər. Qərar gözlənilməz oldu. Bu qərardan şikayət verəcəyik ki, həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunsun».  Sentyabrın 17-də Sumqayıt Apellyasiya Məhkəməsində Müsavat üzvü Nigar Yaqublunun işi ilə bağlı proses keçirilib. Məhkəmənin qarşısına İctimai Palatanın 30-dək üzvü və Nigar Yaqublunun yaxınları yığışıb. Proses qapalı keçirildiyi üçün məhkəmə zalına vəkillərdən başqa kimsə buraxılmayıb. «HƏBSDƏ SAXLANMASINA QANUNİ ƏSAS YOXDUR» Məhkəmədən əvvəl Nigar Yaqublunun vəkili Osman Kazımov AzadlıqRadiosuna deyib ki, Apellyasiya Məhkəməsinin müdafiə etdiyi şəxsə dair qərarı son vaxtlar müşahidə olunan iqtidar-müxalifət münasibətlərindəki yumşalmanın nə dərəcə səmimi olduğunu aydınlaşdıracaq. Vəkil ümid edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Nigar Yaqublunun xeyrinə qərar çıxaracaq: «Çünki Nigar Yaqublunun həbsdə saxlanılmasına qanuni əsas da yoxdur». N. Yaqublu avqustun 25-də Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə saxlanıb. Sentyabrın 11-də barəsində 2 aylıq həbs qərarı çıxarılıb. Mərhum Aydın Acalovun oğlu Rəşad Acalov istintaqa müraciət edərək atasının ölümü ilə bağlı heç kəsdən şikayətçi olmadığını bildirib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qəzaya uğrayan avtomobili sürücülük hüququ olmayan N. Yaqublunun idarə etdiyi qeyd olunur. Fakt üzrə Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. Müsavat partiyasının yaydığı məlumata görə Nigar Yaqublunu Nemət Kərimli ilə Osman Kazımovdan başqa daha iki vəkil, Aslan İsmayılovAdil İsmayılov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18:42 19.04.2026
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq