“Nigarı ölməyə qoymayaq” – Ölkəmizin nüfuzlu ziyalıları ictimaiyyətə çağrış etdilər

“Nigarı ölməyə qoymayaq” – Ölkəmizin nüfuzlu ziyalıları ictimaiyyətə çağrış etdilər
SOSİAL
19:09 04.09.2018
15300
Tanınmış jurnalist və yazar, Prezident təqaüdçüsü Nigar İsmayılqızının ağır leykoz (qan xərçəngi) xəstəliyinə tutulması ilə bağlı məlumat vermişdik. N.İsmayılqızı dünən- sentyabrın 3-də Türkiyənin "Hacettepe” Xəstəxanasına yerləşdirilib. Tanınmış yazar N.İsmayılqızı Azərbaycanın ən üzdə olan gənclərindən biridir, o bütün fəaliyyətini dövlətçilik, milli maraqlar üzərində qurub. Bir sıra kitabların müəllifi olan N.İsmayılqızının sənədli filmləri dünyanın müxtəlif ölkələrində nümayiş olunub. Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq edib, Azərbaycanda və Türkiyədə bir çıx titullara sahiblənib. 33 yaşlı gənc yazar N.ismayılqızıictimai fəaliyyəti ilə daim nümunə olub. 

N.İsmayılqızının bu vəziyyətində ölkəmizin bir çox ziyalıları AZXEBER.COM-a danışaraq dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. 

Dünya şöhrətli azərbaycanlı, xalq yazıçısı Çingiz Abdullayev:

"Nigar çox istedadlı və peşəkar gənclərimizdəndir. Onda ağır leykoz xəstəliyinin aşkarlanması bizim hamımızı üzür. Kaş ki, o bu xəstəliyə tutulmayaydı. Mən bu xəbəri böyük ürək ağrısı ilə qarşıladım. İndiki məqamda hər birimizin borcu onun yaşamasına nail olmaqdır. Mən buradan üzümü səlahiyyətli şəxslərə, iş adamlarına, imkanlı adamlara tutaraq müraciət edirəm ki, Nigarı xilas edək. İmkan verməyək ki, gələcəkdə Azərbaycana böyük töhfə verə biləcək istedadlı bir gənc aramızdan getsin”. 

Dünya muğam ustası, xalq artisti Alim Qasımov:

"Nigarın xəstəliyi ilə bağlı xəbəri oxudum və çox məyus oldum. Axı Nigar hələ gəncdir, onun nə yaşı var ki, belə bir böyük xəstəliyə düçar olsun!? Hər birimiz, xeyriyyəçiliklə məşğul olan fondlar, təşkilatlar,  müvafiq dövlət qurumları və iş adamları bu məsələdə fəallıq nümayiş etdirməlidir. Biz parlaq bir gəncin ağır xəstliklə mücadiləsində ona dəstək olmalıyıq, bu işə biganə qalmamalıyıq”. 

Xalq artisti Fəxrəddin Manafov: 

"Çox təəssüf ki, biz belə xəbərlər də alırıq. Nigar istedadlı yazıçı, peşəkar jurnalist və tanınmış aparıcıdır. Biz mümkün olan bütün imkanlardan istifadə edərək onu ölümün pəncəsindən almalıyıq. Nigar kimi gənclərə hər birimizin böyük ehtiyacı var. O yaşamalı və yaratmalıdır. İnanıram ki, belə də olacaq”. 

Azərbaycanfilm Kinostudiyasının direktoru Müşviq Hətəmov:

"Mən bu xəbərdən çox sarsıldım. Amma ümidimizi itirməyə dəyməz. İnşaallah ki, göydə Allahın, yerdə humanist, xeyriyyəçi şəxslərin dəstəyi ilə Nigar ayağa qalxacaq.Mən buna inanıram və daxilən hiss edirəm ki, o sağlamlığına qovuşacaq. Nigar kimi gənclərə cəmiyyətimizin böyük ehtiyacı var”. 

Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
18:45 06.07.2026
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar