“Niger Liviyanın devrilən lideri Müəmmər Qəddafinin oğlu Sədini öz ölkəsinə qaytarmayacaq” . AZXEBER.COM-un məlumatına görə, bu barədə Niger hökumətinin nümayəndəsi Maru Amadunu jurnalistlərin suallarını cavablandırarkən danışıb: “Heç kimi ədalətli məhkəmə təminatı olmayan və öldürülmə ehtimalı olan ölkəyə göndərə bilmərik. Bu qərar eyni zamanda Nigerə qaçan digər insanlara da aiddir.”