İngiltərənin "Mançester Yunayted" klubu İspaniya millisinin futbolçusu Niko Uilyamsı heyətinə qatmaq istəyir.
"The Telegraph" xəbər verir ki, "qırmızı şeytanlar" 24 yaşlı vingeri növbəti yay transfer dönəmində "Atletik"dən almaq niyyətindədir.
La Liqa klubu oyunçusu üçün təxminən 95 milyon avro tələb edir.
Xatırladaq ki, Niko Uilyams cari mövsüm İspaniya çempionatında altı oyuna çıxıb və bir qolla yadda qalıb.
///report///











































